MARKETİNQ

10 İyul

Samsung smart üzük üzərində çalışır

Samsung smart üzük üzərində çalışır və onun final adı Galaxy Ring olacaq.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, smart üzük Galaxy Watch kimi ürək döyüntülərini, stress səviyyəsini və.s istifadəçinin səhhətinin müəyyən göstəricilərini ölçə biləcək.

Samsung-un smart üzük üzərində çalışması barəsində məlumat ilk dəfə olaraq hələ 2015-ci ildə ortaya çıxmışdı.

Galaxy Ring-in nə zaman təqdim olunacağı bilinmir.

Zəminə Hüseyn
Fins.az