MARKETİNQ

09 İyul

\"Samsung\"un səhmləri ilkin ticarətdə 1,4% ucuzlaşıb

"Samsung Electronics" ikinci rübdə əməliyyat mənfəətinin 96 faiz azalması barədə xəbərdarlıq edib.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, gözləntilərə uyğun gələn bu azalma bir neçə rüb ərzində yaddaş çiplərinin həddən artıq tədarükünün davam etməsi ilə bağlı olub.

Kompüter və telefon satışlarının azalması bu cihazlarda istifadə olunan yaddaş çiplərinin ucuzlaşmasına səbəb olur. Analitiklər çip tələbinin üçüncü rübdən sonra artacağını proqnozlaşdırırlar.

Samsungun səhmləri ilkin ticarətdə 1,4% ucuzlaşıb. Şirkətin müfəssəl balans hesabatını iyulun 27-də açıqlayacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az