MARKETİNQ

08 İyul

Windows 12-nin buraxılış tarixi məlum olub

Microsoft 2024-cü ilin payızında yeni Windows 12 əməliyyat sistemini buraxmağa hazırlaşır və hazırda yeni dizayn ideyaları, o cümlədən iş masası üzərində təcrübə aparır.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət həmçinin yeni əməliyyat sisteminə “süni intellekt elementləri ilə dərin inteqrasiya edilmiş funksiyalar” əlavə etməyi planlaşdırır.

Mənbələr bildirir ki, bu funksiyalar yeni olacaq və Windows Copilot kimi artıq buraxılmış layihələrə aidiyyatı olmayacaq.

Zəminə Hüseyn
Fins.az