MARKETİNQ

08 İyul

“Threads” istifadəçiləri öz profillərini yalnız “Instagram” hesabı ilə birlikdə silə biləcəklər

“Meta”nın “Twitter”ə rəqib olaraq hazırladığı “Threads” tətbiqi istifadəyə verilib. Ancaq “Threads” sosial şəbəkəsinin istifadəçiləri öz profillərini yalnız “Instagram” hesabı ilə birlikdə silə biləcəklər.

Fins.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi “Meta” korporasiyası məlumat yayıb.

Bildirilib ki, istifadəçilərin istənilən vaxt “Threads” profilini deaktiv etmək imkanı var, lakin onu tamamilə silmək üçün “Instagram” hesablarını silməlidirlər.

Qeyd edək ki, sosial media platformasına yalnız “Instagram” hesabı ilə daxil olmaq mümkündür.