MARKETİNQ

09 İyul

iPhone 15 modellərinin batareya həcmləri yüksələcək

iPhone 15 smartfon seriyasının sentyabrda təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Foxconn şirkətinin zavodunda çalışan işçinin verdiyi məlumata əsasən bütün iPhone 15 modellərinin batareya həcmləri yüksələcək.

Belə ki, iPhone 15 modeli 3877 mAh, iPhone 15 Plus modeli 4912 mAh, iPhone 15 Pro modeli 3650 mAh, iPhone 15 Pro Max modeli isə 4852 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Müqayisə üçün qeyd edək ki, iPhone 14 modeli 3279 mAh, iPhone 14 Plus modeli 4325 mAh, iPhone 14 Pro modeli 3200 mAh, iPhone 14 Pro Max modeli isə 4323 mAh enerji tutumlu batareya ilə təchiz olunur.

Bununla yanaşı məlumatda qeyd edilib ki, iPhone 15 ilə iPhone 15 Plus minimum 128 GB, iPhone 15 Pro ilə iPhone 15 Pro Max isə minimum 256 GB daxili yaddaş həcminə sahib olacaq.

Zəminə Hüseyn
Fins.az