MARKETİNQ

06 İyul

\"Twitter\"ə rəqib olan \"Threads\" platformasına ilk 2 saat ərzində 2 milyon istifadəçi üzv olub

Facebook, Instagram və WhatsApp-ın sahibi Meta Twitter-ə yeni rəqib sosial media platforması olan Threads-i istifadəyə verib.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, ilk 2 saat ərzində 2 milyon abunə üzv olub.

Meta tərəfindən edilən açıqlamada Threads-in Instagram komandası tərəfindən mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək üçün yaradılan yeni tətbiq olduğu bildirildi.

Açıqlamada bildirilib ki, istifadəçilər yeni platformaya Instagram hesabları vasitəsilə daxil ola bilərlər. Həmçinin, 5 dəqiqəlik videolar paylaşıla bilər

Yeni platformada simvol limitinin 500 olduğu bildirilən açıqlamada linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi qeyd edilib.

Açıqlamada Threads-in iOS və Android sistemləri üçün 100-dən çox ölkədə mövcud olduğu və bu ölkələrdə tətbiqi App Store və Google Play Store-dan yükləmək mümkün olduğu bildirilib.

Zəminə Hüseyn
Fins.az