MARKETİNQ

09 İyul

Apple yeni monitor üzərində işləyir

Ötən illərdə təqdim etdiyi Pro Display XDR və Studio Display məhsulları ilə yüksək səviyyəli monitor bazarında əhəmiyyətli bir ad halına gələn Apple, önümüzdəki illərdə bu sektora investisiyalarını artırmağı planlaşdırır.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət yeni monitor üzərində işləyir.

Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti gözləmə rejimi zamanı smart evin idarəetmə cihazı rolunda çıxış edə biləcək yeni monitor üzərində çalışır.

Gurman-ın sözlərinə əsasən smart monitor Apple şirkətinin iOS vasitəsilə çalışan cihazlarından birinin sahib olduğu prosessor ilə təchiz olunacaq.

İnsayderin məlumatına əsasən sözügedən yeni monitor 2024-cü ildən tez təqdim olunmayacaq.

Zəminə Hüseyn
Fins.az