MARKETİNQ

08 İyul

Yeni instax SQUARE SQ40 modeli təqdim edilib

Fujifilm, istifadəçilərin qapalı və ya açıq hava şəraitinə uyğun olaraq avtomatik tənzimləmələri ilə dərhal yüksək keyfiyyətli fotoşəkillər çəkə biləcəyi yeni instax modelini təqdim edib.

Fins.az "CNN"ə istinadən xəbər verir ki, "Instax Sqyare" ani kamera seriyasının yeni üzvü olan "İnstax SQUARE SQ40" avtomatik ekspozisiya funksiyasına malikdir.

Bu, çekim düyməsi basıldıqda ətrafdakı işıq səviyyəsini avtomatik aşkarlayır və ətraf mühitə uyğun olaraq çekim sürətini və flaş səviyyəsini optimallaşdırır.

instax SQUARE SQ40 ilə yanaşı, "Sunset"  adlı yeni instax SQUARE ani fotofilmi də satışdadır. Bu yeni kvadrat formatlı ani filmin dizaynı gün batımında səmada baş verən hamar rəng keçidlərindən ilhamlanıb. 

Zəminə Hüseyn
Fins.az