MARKETİNQ

23 Fevral

İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı

“URL Genius” marketinq şirkəti 10 sosial şəbəkə arasında araşdırma aparıb və onlardan hansının istifadəçiləri daha çox izlədiyini araşdırıb. Məlum olub ki, ən çox istifadəçi məlumatlarını toplayan şirkət “YouTube” və “TikTok”dur.

 

Tədqiqat üçün “Apple” qacetlərində mövcud olan “Tətbiq Fəaliyyətinin Qeydiyyatı” funksiyasından istifadə edilərək, “YouTube”, “TikTok”, “Twitter”, “Telegram”, “LinkedIn”, “Instagram”, “Facebook”, “Snapchat”, “Messenger” və “WhatsApp” xidmətləri yoxlanılıb.

“YouTube”un şəxsi məlumatları öz məqsədləri üçün (tarqet reklamlar üçün axtarış tarixçəsini və ya məkanı izləmək) topladığı bildirilir.

“TikTok” toplanan məlumatları əsasən üçüncü tərəf izləyiciləri ilə paylaşır, bu da bu məlumatların daha sonra necə istifadə edildiyini dəqiq söyləməkdə çətinlik yaradır.