MARKETİNQ

23 Fevral

İnsan bədəninə zərərli maddələrin gizli marketinqi

Ənənəvi olaraq, tütün sənayesi siqareti bazara çıxarır, lakin o, elektron siqaretlər və qızdırılan tütün məmulatları kimi digər məhsulları getdikcə daha çox satır. Məhsullar sosial media, gizli marketinq, kütləvi informasiya və sponsorluq vasitəsilə kütləvi şəkildə satılır. Elektron siqaretlər ənənəvi siqaretdən “tərqitmək” üçün bazara qiriş etdi, lakin onların bər-bəzəkli dizayni, şirin dadı, cəlb edici qoxusu, rahatlığı və hər yaşa əlçatan olmağı, yeniyetmə seriallarında və mediyasında nə üçündür və niyə daha çox aktivdir? Sizi bu heç düşündürürmü?
2013-2014-cü illərdə aparılan bir araşdırma göstərdi ki, elektron siqaretdən istifadə edən gənclərin əksəriyyəti ilk növbədə ətirli çeşidlə başlayır və gənclərin elektron siqaretdən istifadə etməsinin əsas səbəbi dadlardır. Elektron siqaretdən istifadə edən gənclərin gələcəkdə siqaret çəkmə ehtimalının daha çox ola biləcəyinə dair sübutlar var. Xüsusilə, Milli Tibb Akademiyasının (National Academy of Medicine report) 2018-ci il hesabatı, elektron siqaretdən istifadənin gələcəkdə siqaret çəkmə tezliyini və miqdarını artırdığına dair sübutların olduğunu göstərdi.
Hər bir HQD Cuvie PLUS birdəfəlik vape qələm cihazı bütün gün məmnun qalmağa kifayət edən 5% (50 mq) Duz Nikotin E-şirəsi ilə əvvəlcədən doldurulur. İstehlakçılar üçün elektron siqaret məhsullarının nə olduğunu bilmək çətindir. Məsələn, sıfır faiz nikotin olduğu kimi bazara çıxarılan bəzi elektron siqaretlərin tərkibində nikotin olduğu aşkar edilmişdir.
Yeniyetmələr az miqdarlı Nikotinə örgəştikdən sonra, bədənləri daha çoxunu tələb edir, beləliklə cavanlar siqarete keçmək məcburiyyətində olurlar. Bu məsələ ilə bağlı valideynlərin və yeniyetmələrin daha diqqətli olmağı məsləhətdir.

Səkinə Məmmədova
ADA Universitetin 2 ci kurs tələbəsi
22.02.2022