MARKETİNQ

12 Mart

WARC-a görə mediada dünyanın ən yaxşıları – Foto

WARC tərəfindən hazırlanan və dünya miqyasında ən çox mükafat alan media şirkətləri və kampaniyaların sıralandığı “WARC Media 100”ün nəticələri açıqlanıb.

Fins.az xəbər verir ki, WARC Media 100 sektorun qabaqcıl qlobal təşkilatları Cannes Lions (media kateqoriyası), Festival of Media, Effie Awards (media kateqoriyaları), MM Ödülleri, WARC Media Awards, Adweek Media Plan of the Year, Internationalist Awards, I-COM Data Creativity Awards, MMA Smarties, World Media Awards, DAD (media kateqoriyaları)və aralarında Eurobest, MIXX Awards, MMA Smarties-in də olduğu yerli təşkilatların 2019 nəticələri əsasında hazırlanıb.

 

Ötən ilin nəticələrinə görə, media sahəsində ən çox mükafat alan kampaniya Mindshare Sidney-in Foxtel üçün hazırladığı Monty: The World’s First AI Predictive Commentator işi olub. Siyahının ikinci sırasına isə KFC-nin Mindshare Şanghay imzalı The First Colonel to Conquer eSports, üçüncü sırada isə Mindshare Mumbai imzalı The Adaptive Data Lighthouse qərarlaşıb.

2019-cu ilin nəticələrinə görə, dünyanın ən çox mükafat alan media agentlikləri arasında zirvəyə Starcom Çikaqo yerləşib, agentlik sırası ilə Mindshare Şanxay və Mindshare Sidney izləyib. Türkiyədən Mindshare Türkiye də siyahıda 18-ci yerdə qərarlaşıb.

Mediada ən çox mükafat alan network-lər sırlanmasında ilk üçlüyə Mindshare, MediaCom ve IPG Mediabrands yerləşib.

Holdinqlər sıralanmasında isə WPP zirvədə yer alır, WPP-i Omnicom Group və Interpublic Group izləyib.

 

Mediada ən çox mükafat alan markalar sıralanmasında KFC zirvədə yer alıb. KFC-dən sonra ikinci pillədə Foxtel, üçüncü isə Lifebuoy olub.

 

Ən çox mükafat alan reklamverənlərin sıralanmasında isə zirvədə Unilever olub. İkinci yerdə isə Yum! Brands, ProcterGamble isə üçüncü sırada yer alıb. Turkcell isə siyahıya 35-incidən daxil olub.

WARC Media 100-də ölkələr sıralanmasında ABŞ birinci, Avstraliya ikinci, Çin üçüncü, Türkiyə isə səkkizinci olub.

©Facemark.az