MARKETİNQ

11 Mart

Pizza Hut Ikea-dan küftə ilə pizza təqdim edib – Foto

Pizza Hut kompaniyası və İsveçin mebel istehsalçısı Ikea Honkonq şəhərində qeyri-adi əməkdaşlığa imza atıb.

Fins.az xəbər verir ki, bu haqda The Drum portalı yazıb. Əvvəlcə Ikeadan ikonik küftə ilə pizza yaradılıb.

Pizza Hutdan sifariş edən müştərilər, Ikea tərəfindən kampaniya çərçivəsində məhdud sayda istehsal edilmiş Sava stolları əldə ediblər. Onun dizaynın hazırlanmasında bu yeməkdən ilham alınılıb. Sava stolu isə nəhəng pizza qutusu şəklindədir.

Layihə üzərində Ogilvy agentliyi çalışıb. Şirkətin məlumatına görə, əməkdaşlığın bir hissəsi olan məhsulların satışı, aksiyanın ilk üç günündə 67% artıb.

Qeyd edək ki, Ikea mağazalarına gedən və orada yemək yeyən hər kəs servis edilən, ləzzətli İsveç küftələrini dadma şansı olub.

©Facemark.az