MARKETİNQ

28 Fevral

Koronavirus “partlayış”ı markaların biznesinə necə təsir etdi?

Bir çox, ProcterGamble və Alibaba-nın da daxil olduğu şirkətlər və bazarın digər oyunçuları bu təzyiqi hiss edilər. Ancaq belə təzyiq bazardakı əsas rolu Mercedes-Benz kimi bazar oyunçularına verə bilər.

Çində baş verən koronavirus epidemiyası bu bazarda fəaliyyət göstərən bir çox şirkətin işinə mənfi təsir edib. İstehlakçılar, əsasən virusdan qorunmaq və infeksiya qapmamaq üçün evdə qalırlar. Yaxud da internet-mağazalarında offlayn-şopinq üzrə alışa üstünlük verirlər.

Fins.az xəbər verir ki, Digiday nəşrinin yazdığına görə, belə bir tendensiya pərakəndə ticarət və məhsulların istehsalçılarına öz kommersiya təsirini göstərir. Belə ki, Procter Gamble korporasiyası özünün elektron biznesinə artan təzyiqi bildirib.

Offline mağazalarda PG məhsullarının satışları düşür və bəzi mağazaları isə bağlanır, buna görə də müştərilərin tələbi də onlayn üzərində olur. Bununla bərabər, internetdə mal tədarükü məhduddur bu isə FMCG istehsalçısı üçün çətinliklər yaradır. Alibabadda da koronavirusun mənfi təsirləri gözlənilir.

Onun rəhbərliyi investorlara açıqlamasında deyib ki, şirkətin satışları epidemiyanın yayılmasına görə düşə bilər. Ancaq bəzi onlayn pərakəndə satıcıları istehlakçı davranışlarının bu cür onların xeyrinə dəyişməsindən faydalanırlar. Məsələn, Tencent-ə qismən daxil olan, təzə məhsulların satışı ilə məşğul olan Çin riteyleri JD.com-un satışları yanvarın son 10 günündə 215% artım göstərib.

Bundan başqa, fevralın ortalarında Çinin onlayn alıcılarının ən çox tələbatı olduğu məhsullardan biri də Detoll brendinə məxsus olan dezinfeksiya maddələri olub. Bu məhsulun satışları isə fevralın 10-dan 13-dək ötən ilin anoloji dövrü ilə müqayisədə nə az çə çox düz 643% artım göstərib.

Epidemiyanın yayılması, əlbəttə ki, reklamverənlərin işinə də təsir göstərib. Onlardan bəziləri infeksiyanın yayıldığı bölgələr üzrə onlayn reklamın verilməsini dayandırıblar. Əlbəttə, belə bir situasiya rəqiblərin inkişafına da təsir göstərib. Bu xüsusilə avtomobil bazarının oyunçularının işinə yarayıb. Məsələn, Mercedez Benz WeChat platforması üzərindən özünün yolsuz avtomobilinin 360 dərəcəlik icmalını verir. Çinin avtomobil istehsalçısı olan Geely, özünün onlayn satış üzrə xidmətini istifadəyə verib.

Qeyd edək ki, daha əvvəl bir çox marka epidemiyanın qarşısını almaq üçün tədbirlərə qoşulmuşdu. Məsələn, LVMH markası Qırmızı Xaça 1 milyon dollardan çox yardım etmişdi. Alibaba isə özünün xidmətindən dərman vasitələrinin satışı kimi istifadə etmişdi.

©Facemark.az