İDMAN

13 Fevral

Elçin Məmmədov UEFA-dan yeni təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

Fins.az xəbər verir ki, o, Türkiyədə “Trabzonspor” və İsveçrənin “Bazel” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, fevralın 16-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.