İDMAN

24 Fevral

İbrahimoviç növbəti mövsüm Milan-da qalacaq?

Milan-ın texniki direktoru Paolo Maldini Zlatan İbrahimoviçin müqaviləsi ilə bağlı açıqlama verib.

Fins.az xəbər verir ki, Maldini öz açıqlamasında Zlatanın Milan-da hansı şərtlə qala biləcəyini bildirib:

“Onunla müqavilənin müddəti yarım ildir. Amma orada belə bir bənd var ki, əgər komanda Çempionlar Liqasına düşsə, müqavilənin müddəti avtomatik uzadılır. Əks halda biz yenidən danışıqlar masasına əyləşəcəyik”.