İDMAN

04 Fevral

Məşhur Fransa klubunun daha bir yetirməsi “Qəbələ”də

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Fins.az xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikola Rayselin keçidini rəsmiləşdirib.

27 yaşlı sağ cinah hücumçusu ilə 1,5 illik müqavilə imzalanıb.

Fransada doğulan, Sloveniya vətəndaşlığı olan vinger məşhur PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış etmiş Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Yunion” (2015-2017) klublarının formasını geyinib.

2017-ci ildə Belçikanın digər təmsilçisi “Oostende”yə keçən Nikola 2018/2019 mövsümünü “Ruselare”də icarə əsasında keçirib. O, cari mövsümün ilk yarısında Belçikanın I divizion klubu “Oostende” formasını geyinib və cəmi iki matça çıxıb. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin 21 yaşadək millisində bir matç keçirib və bir qol vurub.

Qeyd edək ki, “Qəbələ”nin daha əvvəl heyətinə qatdığı Abdelrafik Jerar da Fransanın məşhur PSJ klubunun yetirməsi idi.