İDMAN

28 Dekabr

\"Real Madrid\" Poqbanın transferindən imtina edir

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın İspaniya "Real Madrid"inə keçidi baş tutmaya bilər.

Fins.az xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi növbəti iki transfer dönəmində 26 yaşlı fransalı yarımmüdafiəçini heyətə qatmaq istəyən baş məşqçi Zinəddin Zidanla eyni fikirdə deyil.

Rəhbərlik Zidana bu mövsüm stabil çıxış edən 21 yaşlı Federico Valverdeyə diqqət yetirməyi məsləhət görüb.

Bundan əlavə, Poqbanın İngiltərə klubu ilə sözləşməsi 2021-ci ildə başa çatır və "qırmızı şeytanlar" yarımmüdafiəçini 150 milyon avrodan aşağı satmağı düşünmür.

Qeyd edək ki, Pol Poqba bu mövsüm İngiltərə Premyer Liqasında 6 oyunda meydanda olub. Fransa millisinin üzvü bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.