İDMAN

24 Dekabr

“Mançester Siti” yeni qapıçı gətirir

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Fins.az-ın məlumatına görə, Premyer Liqanın son çempionu “Kristal Pelas”ın qapıçısı Visente Quaitanın xidmətində maraqlıdır.

Mançesterlilər 32 yaşlı ispaniyalının agenti ilə əlaqə saxlayıblar. V.Quaita komandadan gedəcəyi gözlənilən Klaudio Bravonu əvəz etməlidir. Edersonun əvəzləyicisi olan sonuncunun özü də Mançester təmsilçisindən ayrılmaq niyyətindədir.

Qeyd edək ki, V.Quaitanın “Kristal Pelas”la müqaviləsi 2021-ci ildə başa çatacaq.