DÜNYA

23 İyul
13

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano 73 yaşında vəfat edib. Fins.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi barədə informasiya yoxdur.

Qeyd edək ki, bir müddət öncə KİV-də 2009-cu ildən BAEA-ya rəhbərlik edən Amanonun səhhətində problem olduğuna görə onun vəzifəsindən gedəcəyinə dair məlumat yayılmışdı