DÜNYA

05 İyun

Türkiyədə may ayında ən yüksək qiymət artımı 37,1 faizlə kartof olub

Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayında artımları açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, istehlak qiymətləri əsasında may ayında ən yüksək qiymət artımı 37,1 %-lə kartof olub.

May ayında ən yüksək qiymət artımı qeydə alınan digər məhsullar arasında 10,5 % ilə mehmanxana, hostel və digər məhsullar, 10,04 % meyvə, 7,54 % qida xidmətləri, 7,07 % paket turlar, 6,51 % içkilər, 6,17 %-lə quş əti daxildir.

Zəminə Hüseyn
Fins.az