DÜNYA

15 Mart

Türkiyədə yanvar ayında muzdlu işçilərin sayı artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı muzdlu işçi statistikasını paylaşıb.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarında muzdlu işçilərin ümumi sayı 2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən 7,8 % artıb.

Əvvəlki ilin eyni ayında maaş alan işçilərin sayı 13 milyon 560 min 968 nəfər olduğu halda, 2023-cü ilin yanvar ayında 14 milyon 625 min 242 nəfər oldu.

Zəminə Hüseyn
Fins.az