DÜNYA

15 Mart

Aİ ölkələri öz maliyyə qaydalarını müəyyən edirlər

Avropa İttifaqı (Aİ) Şurası 27 üzv ölkənin maliyyə nazirlərinin Brüsseldə keçirilən iclasının yekununda bəyanat yayıb.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, Müvafiq olaraq, Aİ sazişlərində üzv dövlətlərin büdcə kəsirləri ÜDM-nin 3%-dən, dövlət borcları isə ÜDM-nin 60%-dən çox olmadıqda referans dəyərləri dəyişdirilməyəcək.

Borcun ÜDM-in 60 faizini keçdiyi halda səmərəli mübarizə aparılacaq. Qeyd edək ki, yeni qaydaların tam təfərrüatları hələ müəyyən edilməmişdir. Üzv dövlətlər arasında  müzakirələr davam etdiriləcək.

Aİ-yə üzv ölkələr arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr 178,2 %-Yunanıstan, 147,3 % İtaliya, 120,1 % Portuqaliya, 115,6 % İspaniya, 113,4 % Fransa və 106,3% Belçikadır. Hətta Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada belə bu nisbət 66,6 % -dir.

Zəminə Hüseyn
Fins.az