DÜNYA

21 İyul

Avropa Şurasının rəhbərindən anti-böhran paketi ilə bağlı AÇIQLAMA

Avropa Şurasının prezidenti Çarlz Mişel, Avropa İttifaqı sammitinin beşinci günündə çərşənbə axşamı, AB-nin 27 ölkəsinin, koronavirus pandemiyasından təsirlənən dövlətlərin iqtisadi bərpa planı və Aİ-nin 2021-2027-ci illər üçün büdcəsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
 Fins.az xəbər verir ki,"Razılaşma!""Avropa üçün tarixi bir gün"-deyə Fransa prezidenti Emmanuel Macron da Twitter-də razılaşmaya münasibətini bildirib.

"Avropa Şurasının plenar iclası başa çatdı. Bunun ardınca Avropa Şurası Prezidenti və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin uzunmüddətli maliyyə planı (AB büdcəsi - İF) və bərpa fondu haqqında razılaşma ilə əlaqədar bir mətbuat konfransı olacaq" deyib mətbuat katibi Mişel Barend Leits.

Müəllif:Aynur Qəniyeva