DÜNYA

20 İyul

G20-nin 3 gün davam edən nəticəsiz zirvə toplantısı

Avropa ölkələrinin yenidənqurma fondu və büdcə haqqında müzakirələr davam etməkdədir.

AB zirvə toplantısı üç gündür davam edir
Avropanın 27 dövlət və hökümət nümayəndələrinin zirvə toplantısında Korona böhranından ağır zərər görən dövlətlər üçün planlaşdırılan yenidənqurma fondu fonunda müzakirələr davam etməkdədir. Bununla yanaşı, üçüncü zirvə toplantısı günündə də 2027-ci ilə kimi büdcə siyasətinin də razılaşdırılması nəzərdə tutulub. Ümumilikdə müzakirələr 1.7 trilyon avro ətrafındadır. 

AB zirvə toplantısının bugünkü üçüncü günündə plenuma toplana bilmirlər. AB Şurası sədri Çarls Mişel bilateral görüşlərə davam edir. Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Emmanuel Makron və AB Komissiyası sədri Ursula von der Leyen də və cənub ölkələri, Macaristan və Polşa ilə də danışıqlara davam edirlər. 

Bəzi Avropa deputatlarının açıqlamalarına əsasən, razılaşmaya yaxınlaşma müşahidə edilmir. Bazar günü müzakirələrin davam edəcəyi gözlənilir. 

Qeyd etmək lazımdır ki, bəzi Avropanın şimal ölkələri fondun 350 milyard avro azaldılmasının tərəfarıdırlar. Digər dövlətlər isə 400 milyard avroluq artım tələb edirlər.