DÜNYA

23 Yanvar

Tramp “Twitter”də gün ərzində paylaşım sayına görə rekorda imza atıb

ABŞ prezidenti Donald Tramp özünün “Twitter”dəki səhifəsində bir gün ərzindəki paylaşımlarının miqdarına görə yeni şəxsi rekorda imza atıb.

Bu barədə ABŞ liderinin rəsmi bəyanatlarını izləyən “Factbase” portalı bildirib.

Yerli vaxtla saat 18:35-ə olan vəziyyət üzrə Tramp 142 paylaşım edib. Hesablamalara əsasən, o, hələ ki Davoseda Ümumdünya İqtisadi forumun iclaslarında idi, Tramp hər 88 saniyədə bir xəbər yerləşdirirdi.

O, əvvəlki rekorda 2019-cu ilin dekabrında imza atıb. ABŞ prezidenti həmin vaxt bir gün ərzində 123 xəbər paylaşıb.