2019-cu ildə ABŞ büdcəsinin defisiti 2018-ci illə müqayisədə 17,1% artaraq 1 trln. dolları keçib. Bu, son 7 ildə ABŞ-ın ən yüksək büdcə kəsiridir.
Fins.az-ın ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, 2018-ci ildə isə ABŞ-da büdcə kəsrinin artımı 28,2% təşkil etmişdi.
Qeyd edək ki, 2018-ci ildə qeydə alınan sürətli mənfi dinamikanın yavaşlatmağa korporativ vergi daxilolmalarının artması imkan verdi.