DÜNYA

28 Dekabr

Bu ölkədə deputatlar maaşlarını dondurublar – SƏBƏB

Argentina parlamentinin Aşağı və Yuxarı palatalarının sədrləri ölkədəki iqtisadi böhran səbəbindən deputatların maaşlarının yarım il müddətinə dondurulması barədə qərar veriblər.

Fins.az xəbər verir ki, bu barədə deputatlar palatasının (aşağı palata) spikeri Serxio Massa bildirib.

"Fövqəladə vəziyyət (iqtisadi sahədə) bütün sektorlardan hərəkətlər tələb edir. Buna görə biz Deputatlar palatasının və Senatın qanunvericilərinin maaşlarını, ezamiyyət xərclərini 180 günlük dondurmağa qərar verdik", - deyə o, özünün "Twitter"dəki səhifəsindı yazıb.

O, paylaşıma qərarın şəkilini də əlavə edib.

Argentina artıq bir neçə ildir ki, iqtisadiyyatın artım sürətini bərpa edə bilmir və ən yüksək inflyasiyalı ölkələrin siyahısına daxildir.

© Report