BİZNES

17 May

Mikayıl Cabbarov: Azərbaycanda hər il 70-100 min yeni iş yeri yaradılmalıdır

Azərbaycanda hər il 70 -100 min yeni iş yeri yaradılmalıdır.

"Fins.az"xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Avtopa İttifaqı biznes forumunda Azərbaycan İqtisadiyyatının dairəvi iqtisadiyyata keçidini şərh edərkən deyib.

O bildirib ki,dairəvi iqtisadiyyata gəldikdə məsuliyyətli istehlak yaşıl iqtisadiyyata keçid,rəqəmsalaşma,sənayeyə əsaslanan iqtisadiyyat keçid önəmli amillərdir. Bunlar praqmatik amillərdir.Bunlar artıq baş verməkdədir.Bunu seçib sevməmək variantının yoxdur.Ona görə ki,bu reallıqdır , bununla ayaqlaşmalıyıq.

Mikayıl Cabbarov dairəvi iqtisadiyyata keçid zamanı önəmli olan iki amilə diqqəti cəlb edərək"İnstutsional potensialın gücləndirilməsi ilə həyata keçirilir.İkincisi vurğulamaq istədiyim məqam keyfiyyət və keçidin sürətindən ibarətdir.Bizim üçün kontekslə bağlı məsələdir.Hər bir konteks özü-özlüyündə unikallığı ilə seçilir .Biz həm iqtisadi modelin güclü-zəif cəhətlərinə baxmalıyıq,"-deyə fikirlərini davam etdirib.

O dairəvi iqtisadiyyata keçidin Azərbaycan kontekstindən də dəyərləndirərək, "Məsələn Azərbaycan kontekstindən çox mühüm məqamlardan biri demoqtafiyadır.Bizim ölkədə müsbət demoqrafik inkişaf var. Bu demoqrafik inkişaf gənc məhsuldar təbəqə formalaşmasına imkan verir. Bu isə o deməkdir ki, Azərbaycanda hər il 70 -100 min yeni iş yeri yaradılmalıdır.Bu danılmaz faktdır. Bu amil heç bir vəchlə inkar edilə bilməz.Bu inkar digər çətinlik və problemlər yarada bilər.

Mikayıl Cabbarov Azərbaycancanın dairəvi iqtisadiyyata keçid prosesini şərh edərkən fikirlərini yekunlaşdıraraq "Mən dairəvi iqtisadiyyatla bağlı qısa cavab vermək istəməzdim.Mən inanıram ki,biz bu istiqamətdə nailiyyətlərin sayını artırıb irəliləyişə nail ola biləcəyik,"-deyə əlavə edib.

Müəllif: Aynur Qəniyeva