BİZNES

24 Fevral

Dövlət reyestrində qeydiyyata alınan torpaq sahələrinin sayı açıqlanıb

2022-ci ilin fevral ayının 23-dək 10420 ərizə qəbul olunub, həmin ərizələrə əsasən 4484 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.

"Fins.az"xəbər veri ki, xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliyə uyğun müddətdə təqdim ediləcək. Ümumilikdə, 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutulur.

Məqsəd kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi isə, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.

Fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi nəzərə alınaraq, bu tarixədək müraciətlərin başa çatdırılması məqsədəuyğundur. Fermerlərin mümkün qısa müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etməsi tövsiyə edilir. Dövlət Xidməti tərəfindən rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində də xidmət göstərilir.