BİZNES

11 Avqust

Azərbaycanlı investorlar Gürcüstanda - \"Hilton\" Oteli Tikəcəklər

Azərbaycanlı investorlar Gürcüstanın paytaxtı Tbilisinin tarixi rayonu Mtatsmindada "Hilton" mehmanxana kompleksini inşa edəcək.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat verir.

Qeyd olunur ki, 6 min kvadratmetr ərazidə hotel və ofis blokunun tikilməsi nəzərdə tutulur.

İrimiqyaslı tikinti layihəsini "Siti Plaza" MMC həyata keçirir. Hazırda şirkət şəhər rəhbərliyi ilə danışıqlar aparır.

Layihədə iştirak edəcək Azərbaycan investisiya şirkətinin adı açıqlanmayıb. (Trend)