BİZNES

10 Avqust

Dövlətdən 6 ayda 5 milyard mantlıq satınalma

2021-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına 10 milyard 887 milyon manatlıq malların (işlərin və xidmətin) satınalınması nəzərdə tutulur.

Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun aylarında bu vəsaitin 43,1%-i və ya 4 milyard 918,8 milyon manatı artıq xərclənib.

İqtisadi təsnifata görə 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərclərinin icrasında ən çox payı 42,4 faiz və ya 4 milyard 918,8 milyon manat malların (işlərin və xidmətin) satınalınması, 15  faiz və ya 1 milyard 733,1 milyon manat əməyin ödənişi xərcləri, 14,6 faiz və ya 1 milyard 695  milyon manat sosial ödəniş xərcləri, 13,4 faiz və ya 1 milyard 555,4 milyon manat qeyri-maliyyə aktivləri xərcləri, ən az payı isə ümumilikdə 14,6 faiz və ya 1 milyard 668,2 milyon manat olmaqla faizlərin ödənişi, subsidiyalar, qrantlar, maliyyə aktivləri və öhdəliklər üzrə əməliyyat xərcləri təşkil etmişdir.