BİZNES

10 Avqust

Auditdə dempinqin cəzası sərtləşdiriləcək - PALATADA İCLAS

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 10 avqust tarixində videokonfrans formatında növbəti iclası keçirilib.

Palatanın yaydığı məlumata görə, Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci ilin I yarımili üzrə fəaliyyətinin yekunlarına dair;

2. Dempinqə yol verən auditor təşkilatları və sərbəst auditorların cəzalarının sərtləşdirilməsi üzrə təkliflərin hazırlanması barədə;

3. Korrupsiyaya, PL/TM və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəliklərinə həsr olunmuş tematik kursların, treninq və praktik məşğələlərinin təşkil edilməsi barədə;

4. Mühasibat uçotu və audit sahəsində ali təhsil müəssisələrində tədris proqramlarının innovasiyaların tətbiqi nəzərə alınmaqla təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması barədə;

5. İnteqrə olunmuş hesabatlılığın aparılmasının auditinin qanunvericiliklə təsbit olunması barədə;

6. Azərbaycan Respublikasının Auditorlar Palatasının Əsasnaməsində dəyişiklik edilməsi barədə;

7. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlük haqqı üzrə vaxtı ötmüş və ümidsiz debitor borclarının balansdan silinməsi barədə;

8. Maliyyə Hesabatarı praktik vəsaitinin nəşri barədə.