BİZNES

10 Avqust

 İxrac strategiyasına dəstək layihəsinin hesabatı qəbul edilib

“İxrac strategiyasının inkişaf etdirilməsi və icrasında Azərbaycan hökumətinə dəstək” layihəsinin nail olduğu son nəticələrin təqdimatı məqsədilə İdarə Heyətinin ilk iclası keçirilib.

Fins.az xəbər verir ki,layihənin cari məsələləri üzrə müzakirələrin aparılması və maraqlı tərəflər arasında məlumat mübadiləsi imkanlarının yaradılmasını təmin etmək üçün iclasın planlaşdırılmış gündəliyi hər üç Layihə komponentini əhatə edib. Təlimlər və potensialın gücləndirilməsi imkanları da müzakirə predmeti olub.     

Qrup rəhbəri George Mirogiannisin təqdimatı və Layihə direktoru Nikos Manolopulosun iştirakı ilə keçirilən iclas zamanı tərəfdaşlar qarşısında çıxış edən ekspertlər müxtəlif yanaşmaları əks etdirən fəaliyyətləri məruzə ediblər. Layihənin birbaşa benefisiarı və əsas tərəfdaşı İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.