BİZNES

15 Yanvar

Azərbaycana xaricdən ət idxalı artmaqda davam edir - QİYMƏT YÜKSƏLİB

2019-cu il ərzində Azərbaycana xarici ölkələrdən 79 milyon 448 min dollar dəyərində 51 min 546 ton ət idxal edilib.

Fins.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2018-ci il ərzində ölkəmizə 70 milyon 75 min dollar dəyərində 47 min 399 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 9 milyon 373 dollar və ya 13,4%, miqdar ifadəsində isə 4 min 147 ton və ya 8,7% artıb. Dəyər ifadəsinin miqdar ifadəsindən daha çox artması idxal ətin bahalaşdığına işarədir. 1 ton ətin orta idxal qiyməti 1478 dollardan 1541 dollara qalxıb. 

© Marja