BİRJA

26 Avqust

Asiyanın birja  indeksləri geriləyib-CƏNUBİ KOREYA MƏRKƏZİ BANKININ QƏRARINDAN SONRA

 Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcələrini 25 baz puan artırıb.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Asiya səhmləri cümə axşamı ticarətində geriləyib. Çində Shenzhen və Şanxay indekslərində itkilər olsa da, Hong Kongun Hang Seng İndeksi də geriləyib.

Yaponiyada Nikkei 225 İndeksi bir qədər yüksəlib, Topix İndeksində kəskin eniş müşahidə olunub.Avstraliyada etalon indeksi geriləyib.

Cənubi Koreya Mərkəzi Bankı, pandemiya dövründə faiz dərəcələrini artıran ilk inkişaf etmiş ölkənin mərkəzi bankı olaraq faiz dərəcələrini 25 baza dərəcəsi artırdı. Faiz dərəcəsini 0,75 faizə qaldırılıb.

Müəllif:Aynur Qəniyeva