BİRJA

21 Aprel

Listinqlə bağlı konfrans

 Mərkəzi Bankın, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, həmçinin,  beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətlərinin iştirakı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizimləri” mövzusunda videokonfrans keçiriib. 

Fins.az xəbər verir ki, konfransda 40-a yaxın nümayəndə iştirak edib. 

Məlumata görə, konfransın keçirilməsində məqsəd korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.

Tədbir zamanı Bakı Fond Birjasının, beynəlxalq audit-konsaltinq şirkətlərinin ekspertləri və investisiya şirkətlərinin nümayəndələri tərəfindən listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər barədə məlumat verilmiş,eyni zamanda, “Listinq Məsləhət Proqramı” çərçivəsində emitentlərə xidmətlər haqqında təqdimat edilmiş və iştirakçıların sualları ətraflı cavablandırılıb.

Müəllif: Aynur Qəniyeva