BİRJA

08 Aprel

Milli Depozit Mərkəzindən 22.1 mln ABŞ dollarlıq kupon ödənişi

2021-ci ilin mart ayı ərzində emitentlər tərəfindən 118 investora kupon ödənişləri həyata keçirilib. 

Fins.az xəbər verir ki,bu barədə Milli Depozit Mərkəzi məlumat yayımlayıb.

Kupon ödənişlərin həcmi 52.4 mln AZN və 22.1 mln ABŞ dolları təşkil etmişdir və Milli Depozit Mərkəzi ödəniş agenti funksiyasını icra edib.

Kupon ödənişləri həyata keçirən emitentlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AzerGold QSC, BOKT Embafinance QSC, Paşa Yatırım Bankası, UniBank ASC, Ferrum Kapital MMC, Bank BTB ASC şirkətləri olub.

Müəllif:Aynur Qəniyeva