BANK

01 Avqust
10

17 milyon 670 min manat xalis əməliyyat mənfəəti əldə edən bank

Fins.az xəbər verir ki, "Bank Respublika" 2019-cu ilin birinci yarımilliyinə dair maliyyə hesabatlarını açıqlayıb.Göstəricilərdən məlum olur ki, bank inkişaf tempini möhkəmləndirib və bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib.

Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz mənfəəti 1,8 dəfə artaraq 17 milyon 670 min manat, xalis əməliyyat mənfəəti isə 7,4 dəf artaraq 20 milyon 810 min manat, xalis mənfəəti isə 20 dəfədən çox artararq 12 milyon 830 min manat təşkil etmişdir.

Bundan başqa, Bankın məcmu kapitalı 66%, depozit portfeli 48,6%, kredit portfeli 43,9%artıb. Bankın aktivlərində isə, ötən ilin analoji dövrü ilə müqayisədə 41,5% artım qeydə alınmışdır.