BANK

28 İyun

Çinlə ticarətdə milli valyutanın istifadəsi... – Putindən vacib açıqlama

Ticarət həcmimiz qlobal maliyyə böhranlarına və pandemiyaya baxmayaraq artmaqdadır.

Fins.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bu ilin yanvar-aprel dövründə artım 22 faizi keçib. Bu o deməkdir ki, ilin sonuna qədər yeni rekord ticarət rəqəmləri gözləyə bilərik", - Putin bildirib.

O, Çinlə Rusiya arasında qarşılıqlı ərazi iddialarının olmadığını da bildirib:

"Qarşılıqlı ərazi iddialarının olmaması və ölkələrimizin ortaq sərhədlərini əbədi sülh və dostluğa çevirmək əzmi önəmlidir. Sərhəddəki işlərimiz də daxil olmaqla, bunun üçün çox şey etdik. İllərdir bunun üzərində işləyirik və həm Çin, həm də Rusiya üçün məqbul olan bu nəticəni əldə etdik".