BANK

24 İyun

Azərbaycanda dövriyyədə olan nağd pullar artıb

2021-ci ilin May ayında Azərbaycanda dövriyyədə olan nağd pullar 121,1 milyon manat artıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, dövriyyədə olan nağd pullar 2021-ci ilin Aprel ayının sonunda 11 milyard 514.1 milyon manat ikən, May ayının sonunda 11 milyard 635.2 milyon manata çatıb. 

May ayında pul bazası 15 milyard 189,9 milyon manata yüksələrək rekord qırıb. Pul bazasının daha da artmasına nağd pulların və müxbir hesabların artması təsir göstərib.

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.