BANK

10 İyun

Avro dollara qarşı BAHALAŞIB

Beynəlxalq valyuta birjalarında Almaniyada, Avrozonada iqtisadi qeyri-müəyyənliyin artması, Breksitdən sonra arta biləcək risklər fonunda narahatlıqlar, EUR/USD və GBP/USD məzənnələrinə qarşı təzyiqləri də artırıb.

Fins.az xəbər verir ki,hazırda avro 1.22, funt sterlinq 1.41$-ın altında ticarət edilir.

Bütün bunlar cümə axşamı Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətin daha uzun müddət davam etdiriləcəyi istiqamətində açıqlamalar verəcəyi ehtimallarını da artırır. Beləliklə, dollara tələbin artacağı proqnozları da artır.