BANK

21 Aprel

Bank sektorunun xalis mənfəəti AÇIQLANIB 

Azərbaycanın bank sektoru 2021-ci ilin ilk rübünü 148,8 milyon manat xalis mənfəət ilə bağlayıb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sektorun xalis mənfəəti 14,2 milyon manat azalıb.

Azərbaycanın bank sektoru 2020-ci ilin ilk rübünü 163 milyon manat xalis mənfəət ilə bağlamışdı.