BANK

17 İyun

Hər 3 bankdan biri zərərlə işləyir

Aprel ayında zərarlə işləyən Rusiya banklarının payı 37% -ə çatıb.

Fins.az xəbər verir ki, bu barədə mart ayında bank sektorunun zərərinin hesabatı aparılmağa  başlanılıb,

Belə ki, birinci rübdə zərərlə işləyən  bankların payı 16% -dən 28% -ə yüksəlib və kiçik kredit təşkilatları kütləvi şəkildə gəlisiz işləməyə başlayıblar.  Bu sahədə Aktivlərin orta gəlir dərəcəsi 0,8% -dən mənfi 0,1% -ə, kapital isə 3,1% -dən mənfi 0.8% -ə düşüb. 2020-ci ilin aprel ayında bank sektorunun xalis mənfəəti təxminən 32 milyard rubl, may ayında isə bu göstərici rekord dərəcədə azalaraq -cəmi 560 milyon rubl olub.

Məlumata görə, Rusiya Federasiyası Mərkəzi Bankı federal büdcə kəsirini ucuz pulla təmin etmək üçün üçün əsas faiz dərəcəsini endirdiyindən banklar əmanətlərin gəlirliliyini azalıb. Mayın sonunda Mərkəzi Bankın məlumatına görə, orta hesabla ilk 10 bank illik 5.04% -dən çox olmayan əmanətlər təklif etdi.

Proqnozlaşdırılan inflyasiya dərəcəsini nəzərə alsaq və açar faiz dərəcəsi 4-4.5% -ə endirilərsə, ilin sonuna qədər real əmanət faizləri mənfiyə enə bilər, bu vəziyyətin isə "mövcud maliyyələşdirmə sisteminin deformasiyasına səbəb ola biləcəyini" gözləmək olar.

Mərkəzi Bankdan verilən məlumatda "aprel ayında ən böyük 10 bankdan 7-si fiziki şəxslərin hesablarından pul axını qeydə alıb. VTB 90 milyard rubl, Gazprombank 0,5 milyard rubl, Alfa Bank 20 milyard, Rusiya Kənd Təsərrüfatı Bankı 22 milyard, Otkrytie 5 milyard, MKB 1.8 milyard, Post Bank 6.5 milyard itirib."-deyə qeyd edilir. 

Müəllif:Aynur Qəniyeva