BANK

17 İyun

Dollara təzyiqlər - FED sədrinin çıxışı və yumşalma

Bu gün Bakı vaxtı ilə saat 20:00-da Amerika Mərkəzi Bankının (FED) sədri Povelin konqres qarşısında növbəti çıxışı da böyük maraqla gözlənilməkdədir 

Fins.az xəbər verir ki,FED-in böyük şirkətlərə 600 milyard dollarlıq əlavə maliyyə dəstək proqramı və maliyyə bazarlarında uzun müddətli gəlir faizlərinin də nəzarətə götürülməsinin təsirləri hazırda investorların diqqət mərkəzində olan əsas hadisələr arasındadır. 

Bu gün saat 16:30-da Amerikanın tikinti sektoru və saat 18:30-da neft ehtiyatları ilə bağlı yayımlanacaq önəmli fundamental göstəricilər də diqqət mərkəzindədir.