BANK

16 İyun

Pul köçürmələri üzrə müsbət saldo 65 milyon dollardan çox olub

2020-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6% azalıb, xaricə pul köçürmələri 37% artıb, köçürmələr üzrə müsbət saldo isə $65,6 milyon təşkil edib.

“2020-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələri $188 milyon təşkil edib ki, bu da 2019-cu ilin I rübünün göstəricisindən 12,6% azdır”, - deyə məlumatda bildirilir.

Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 37% - $122,3 milyona qədər artıb.

Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmini 53,7% üstələyib.

Nəticədə hesabat dövründə pul köçürmələri üzrə müsbət saldo 2019-cu ilin müvafiq dövründə qeydə alınmış $125,7 milyona qarşı $65,6 milyon (azalma 47,8%) təşkil edib.