BANK

16 İyun

Depozit hərracında 250 milyon manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 250 milyon manat cəlb edib. 

“İyunun 16-da keçirilən hərracda təklif 567,7 milyon manat təşkil etsə də, Mərkəzi Bank 250 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,76% təşkil edib”, - bankdan bildirilir.

Vəsaitlər 13 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.