BANK

28 Aprel

“Atabank” və “Amrah Bank” bağlandı - ƏHALİNİN ƏMANƏTLƏRİ QAYTARILACAQ?

Fins.az xəbər verir ki,Mərkəzi Bank bu barədə məlumat yayımlayıb 

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

Bildilir ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir.

Eyni zamanda qeyd edilir ki,fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək

Mərkəzi Bank bildirir ki,əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar

Müəllif:Aynur Qəniyeva