BANK

28 Aprel

Beynəlxalq ekspert \"Dönüş zamanı: özünüzü və biznesinizi böhran dövründə necə qorumaq olar\" adlı vebinara dəvə

30 aprel 2020-ci il tarixində Rusiyanın tanınmış eksperti, professor Mixail Kolontay xüsusilə Azərbaycan dinləyiciləri üçün "Dönüş zamanı: özünüzü və biznesinizi böhran dövründə necə qorumaq olar" adlı yeni vebinar keçirəcək.

Spiker qeyri-müəyyənlik, böhran, sərt məhdudiyyətlər və stress zamanı ən təsirli texnologiyalar və fəaliyyət alqoritmləri haqqında ətraflı danışacaqdır.

Vebinar aşağıdakı mövzuları əhatə edir:

1. Dönüş zamanı: Effektiv özünü motivasiya matrisi. Stress və sərt məhdudiyyətlər şəraitində necə yaşamaq olar?

2. Yeni reallıq: Böhrandan əvvəl və sonrakı iş dünyası. İşgüzar mühitdə hansı dəyişikliklər gözlənilir?

3. Şirkət və böhran: Çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün 4 mərhələ. Dəyərli vaxt və resurs itkilərinin qarşısını necə almaq olar?

4. Düşüncə sürəti ilə liderlik: Böhran idarəetməsi. Strateji qərarların verilməsi üçün texnika və texnologiyalar.

Mixail Kolontay uzun illərdir Rusiya və digər şirkətlərin rəhbərləri ilə işləyir. Philip Morris, Mittal Steel, Coca-Cola, Johnson Johnson və digər beynəlxalq şirkətlərin nümayəndəliklərinə məsləhətlər verib və təlimlər keçib. M.Kolontay həmçinin Rusiya Federasiyasında Ali İqtisadiyyat Məktəbində, MIRBIS İnstitutunda və digər ali təhsil ocaqlarında MBA və EMBA proqramlarında “Strateji İdarəetmə” və “Strateji Marketinq”, eləcə də 10 ildən artıq müddətdə "Böhran İdarəetmə Çarxı" üzrə iştirakçılara tədris həyata keçirir.

Vebinar Rus dilində keçiriləcək. Ətraflı məlumat və onlayn qeydiyyat üçün:

//master-class.az/crisismanagement , 055 946 02 70.

Maraqlanan şirkətlər həmçinin proqramın tərəfdaşı ola bilər və seçilmiş paketin əlavə üstünlüklərindən faydalana bilərlər. "Dönüş zamanı: özünüzü və biznesinizi böhran dövründə necə qorumaq olar" vebinarına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin idarəetmə sahəsində müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Mixail Kolontayın ayrıca korporativ proqramını sifariş edə bilər.