BANK

04 Fevral

Dövriyyədə olan nağd pul azaldıldı

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin Dekabr ayının sonu ilə müqayisədə 2020-ci ilin yanvar ayında pul bazası 609 milyon 1‬00 min manat azalaraq 11 milyard 543 milyon 400 min manata düşüb.

Xatırladaq ki, 2019-cu ilin Noyabr ayının sonu ilə müqayisədə Dekabr ayında pul bazası 1 milyard 478 milyon manat artaraq ilin sonunda 12 milyard 152 milyon 500 min manata çatmışdı.
 
 2019-cu ilin 12 ayı ərzində pul bazası 2 milyard 606.8  milyon manat artımışdı.
 
Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
 
Pul bazası (milyon manat)
Tarix                Dəyər
31.01.2020     11543.4
30.12.2019     12152.5
29/11/2019     10674.5
31/10/2019     10298.8
30/09/2019     10217.3
30/08/2019     10157.6
31/07/2019     10574.3
28/06/2019     10376.9
31/05/2019     10172.4
30/04/2019     9495.1
29/03/2019     8946.3
28/02/2019     9014.1
31/01/2019     8709.2
29/12/2018     9545.7