BANK

01 Fevral

Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri – hüquqşünas və maliyyəçi ilə görüş keçirıb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur xanım Sabitova, Məhkəmə Ekpsertiza Mərkəzinin direktoru Fuad Cavadov, Mərkəzin İqtisadi ekspertizalar şöbəsinin müdiri Fuad Məmmədov və Azərbaycan Banklar Assosiasiyasının nümayəndəsi Elçin Həsənov iştirak etmişlər.

Görüşün keçirilməsində məqsəd məhkəmə ekspertizaları zamanı tərəflərin təqdim etməli olduğu sənədlər haqqında praktiki müzakirələr aparmaq, ekspertiza üçün zəruri olan sənədlərin daha müasir standartlara uyğunluğunu müəyyən etmək, bankların bu sahədə üzləşdikləri çətinliklərin operativ qaydada həllinə nail olmaq üçün fikir mübadiləsi aparmaqdan ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova çıxış edərək, son dövrlərdə Ədliyyə Nazirliyi ilə ABA arasında əməkdaşlığın, kostruktiv dialoqun yüksək səviyyədə aparıldığını, hər iki qurum arasında yaradılmış 3 işçi qruplarının (Məhkəmə, İcra və Məhkəmə ekspertizası) fəaliyyətini yüksək qiymətləndirərək, bu sahələrdə  fəaliyyətin daima cənab nazir Fikrət Məmmədovun diqqət mərkəzində olduğunu vurğulamışdır. O, gələcəkdə də bu tipli görüşlərin keçirilməsinin məqsədə müvafiq olduğunu bildirmişdir.

Məhkəmə Ekpsertiza Mərkəzinin direktoru Fuad Cavadov çıxış edərək, Məhkəmə ekspertizası sahəsindəki fəaliyyətdən, yeniliklərdən danışaraq, gələcəkdə özəl ekspertizaların fəaliyyətə başlamasının mühüm amil olduğunu qeyd etmişdir. O, yaradılmış Məhkəmə Ekpertiza İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirmiş və İşçi qrupa fəaliyyətində uğurlar arzulamışdır.  Daha sonra bank nümayəndələrini maraqlandıran suallar səslənilmiş, Mərkəzin nümayəndələri ilə birlikdə fikir mübadiəsi aparılmışdır